|
İspaniya Futbol Federasiyası "Atletiko"nun müdafiəçisi Felipe Luisi cəzalandırıb. Buna braziliyalı futbolçunun La Liqanın 22-ci turunda "Barselona" ilə görüşdə kobud oynaması səbəb olub. Matçın 44-cü dəqiqəsində rəqib futbolçu Lionel Messiyə qarşı kobud oynayan Felipe Luis birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İspaniya Futbol Federasiyası Luisin Messiyə qarşı bilərəkdən sərt oynadığını əsas gətirərək futbolçunu 3 oyunluq cəzalandırıb. Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Cia.az
|
