|
"Milan" futbolçusu Naydjel de Yonqla yolları ayırıb. Hollandiya millisinin yarımmüdafiəçisi ilə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Artıq 31 yaşlı oyunçunun yeni klubu müəyyənləşib. O, ABŞ-ın "Los Anceles Qalaksi" klubu ilə müqavilə imzalayıb. Qeyd edək ki, de Yonq futbolçu karyerası ərzində "Ayaks", "Hamburq", "Mançester Siti", "Milan" klublarının şərəfini qoruyub. O, Hollandiya millisi ilə 81 matçda oynayıb. Cia.az
|
