Suriyanın Deraa şəhərində raket atəşi nəticəsində 15 nəfər ölüb.
«RİA Novosti» agentliyi xəbər verir ki, bu barədə məlumatı Deraa şəhər xəstəxanasının əməkdaşları bildiriblər.
“Ölənlərin sayı 15-ə çatıb, 58 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında uşaqlar da var. Yaralıların bir çoxunun vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər”, - məlumatda belə deyilir.
Cia.az
