|
Prezident DTX rəisinə general-mayor rütbəsi verdi

Azərbaycan Prezidenti İlham Əliyev F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentini sərəncam imzalayıb.

Cia.az xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova general-mayor ali hərbi rütbəsi verilsin”.

Cia.az