Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını bıçaqlamaqda təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Eyvaz Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Eyvaz Kərimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Biləcəri qəsəbəsində baş verib. Eyvaz Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb. Ülkər Abdullayeva xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Cinayəti törədən Eyvaz Kərimov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Cia.az
