|
Zika virusundan turizmə zərbə
Turizm sənayesi Latın Amerikasında sürətlə yayılan zika epidemiyaının fəsadlarına hazırlaşır. 
 Sarı ağcaqanadla ötürülən virus artıq turizm şirkətlərin ciddi ziyan vurmağa başlayıb. ABŞ-ın turizm sığorta şirkəti olan “Roam-Rite”ın məlumatına görə yanvar ayında Latın Amerikasına səyahətlə bağlı sığorta alanların sayı 81 faiz azalıb. 
 
ABŞ-dan Braziliyaya və virusun geniş yayıldığı digər Cənubi Amerika ölkələrinə bir çox hava reysləri təxirə salınıb. Aviaşirkətlər səfər planları alt-üst olan sərnişinlərə biletin tam qiyməti həcmində kompensasiya verməyə söz verir.
 
Bundan əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi amerikalı hamilə qadınlara qeyd olunan təhlükəli zonalara səfər etməməyi tövsiyyə edib.
Cia.az