|
Elektrikli siqaret zərərli imiş
Elektrikli siqaret üzərində aparılan araşdırmalar onun immun sistemini zəiflətdiyini ortaya çıxarıb. Bu siqaret bədənin antibiotikə qarşı mübarizə aparan hüceyrələrini məhv edir.
Amerikanın Kaliforniya Universitetində gerçəkləşdirilən araşdırma görə, elektrikli siqaretlər immunitet sisteminə zərər verərək bədənin bakteriyalar və viruslara qarşı müqavimətini azaldır.
“Molecular Medicina” jurnalında yayımlanan araşdırmalar göstərir ki, siçanlar da siqaretin mənfi təsirlərinə məruz qalır. Bəzi hallarda siqaret immuniteti o qədər zəiflədir ki, xəstəliklər ölümlə nəticələnir. Meyvə qoxulu elektrikli siqaretlər isə nəfəs yollarına daha çox zərər verir. Alimlər elektrikli siqaretin tərkibindəki “benzaldehid” adlı maddənin nəfəs yolları xərçənginə səbəb ola bilcəyini də qeyd ediblər.
Cia.az