“WhatsApp yazışma tətbiqi istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb. Bu barədə WhatsApp mesajlaşma xidmətinə sahib olan "Facebook" şirkətindən məlumat verilib. WhatsApp istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən ”Facebook Messenger"i ötüb.
Şirkətin son hesablamalarına görə, “WhatsApp” vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon videomesaj göndərilir. 2014-cü ilin fevralında isə tarixin ən böyük alğı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan WhatsAppı "Facebook" şirkəti 19 milyard dollara satın alıb. Bundan əvvəl 2012-ci ildə "Facebook" 1 milyard dollar ödəyərək İnstargam sosial şəbəkəsini satın alıb.
WhatsApp Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Mesaj sistemini yaratmış şirkətin əsası 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.
Cia.az
