|
“Planeta parni iz Baku”dan yeni konsert

“Planeta parni iz Baku” komandası yeni konsertə hazırlaşır. 

“Milli yumor” adlanan tamaşa aprelin 28-də və 29-da Heydər Əliyev Sarayında baş tutacaq. Tədbirə biletlərin qiyməti 30 manatdan 300 manata kimidir. 
Tamaşada əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, aktyorlar Emil Abbasov və Azər Məmmədzadə iştirak edəcək.
Qeyd edək ki, “Planeta parni iz Baku” komandasının səhnə fəaliyyətinin 25 ili tamam olur.

Cia.az