|
“Coca-Cola Azərbaycan”ın rəhbəri vəfat etdi

“Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib. 
Cia.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir.
Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi. 
Allah rəhmət eləsin!

Cia.az