|
Dollar ucuzlaşdı, avro bahalaşdı -

Bu gün fevralın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 1-i ilə müqayisədə 0,0032 manat və ya 0,2% azalaraq 1,5940 səviyyəsində müəyyən olunub.

Avrozonanın vahid valyutası isə 0,0074 manat və ya 0,43% möhkəmlənərək 1,7400 manatadək yüksəlib.

Cia.az