|
Ollandla Kastro razılığa gəldi
Fransa ilə Kuba arasında tarixi əməkdaşlıq müqavilələri imzalanıb. 
Tərəflər arasında iqtisadi, siyasi və mədəni sahələr üzrə əməkdaşlığa dair razılaşmalar olub. 
Fransa prezidenti Fransua Oland Parisdə kubalı həmkarı Raul Kastronu qəbul edib. Tərəflər ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsini vacib hesab ediblər. 
 
Kubanın prezidentu Raul Kastro isə öz növbəsində fransız həmkarına öz təşəkkürünü bildirib. 
 
“Kubanın iqtisadi və sosial inkişaf planında fəal iştirak etmək istədiyini bildirən Fransa rəhbərliyinin bu təşəbbüsünü alqışlayırıq. Fransa Kuba ilə Avropa Birliyi arasında əlaqələrin yeni səhifəsini açmaqda da aparıcı rol oyanyıb. Buna görə Fransaya xüsusilə təşəkkür edirik”, -Raul Kastro deyib.
 
Qeyd edək ki, Kuba Fransanın ən iri ticarət tərəfdaşıdır. Fransa Kuba ilə əlaqələri inkişaf etdirmək məqsədilə Havananın Parisin kreditorlar klubuna olan 4 milyard dollardan çox borcunu silib.
Cia.az