|
Peleqrinini Qvardiola əvəzləyəcək –

"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini mövsümün sonunda komandadan ayrılacaq.

Cia.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə çilili mütəxəssisin özü açıqlama verib.

O, bu gün keçirilən mətbuat konfransında iyunun 30-da vəzifəsindən gedəcəyini açıqlayıb. Artıq Peleqrinini kimin əvəzləyəcəyi də müəyyənləşib. "Şəhərlilər" vaxt itirmədən mövsümün sonunda "Bavariya"dan ayrılacaq Pep Qvardiola ilə anlaşıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Peleqrini 2013-cü ildən "Mançester Siti"ni çalışdırıb.  

Cia.az