|
"Barselona" futbolçusunu yenə icarəyə verdi

"Barselona" futbolçusu Martin Montoyyanı "Betis"ə icarəyə verib.

Cia.Az-ın "Betis"in saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında La Liqa klubunda çıxış edəcək. "Betis" "Barselona"ya icarə haqqı olaraq 1 milyon avro ödəyəcək.

Qeyd edək ki, M.Montoyya mövsümün ilk yarısını icarə əsasında İtaliya "İnter"ində keçirib.

Cia.az