Müğənni Ebru Gündeş iki həftəlik konsertlər silsiləsini çoxlu istəklər nəticəsində yeddi həftəyə kimi davam etdirib.
Müqavilə bağladığı məkanda dünən sonuncu dəfə səhnəyə çıxan ifaçı qırmızı transparan libası ilə göz qamaşdırıb.
Ebrunun konsertlərinə satılan biletlərin qiyməti də maraqla qarşılanıb. Belə ki, ön masadan sənətçini izləmək 2500 lirə (təxminən 1300 manat), digər yerlərdə qiymət isə 500-700 lirə arası dəyişir (təxminən 250-350 manat).


Cia.az
