|
“Kart ev”i serialının beşinci mövsümü çəkiləcək

ABŞ-ın “Netflix” videoservisi “Kart ev” serialının beşinci mövsümünün çəkiləcəyini elan edib.

Cia.az buro247.az saytına istinadla xəbər verir ki, serialın yeni epizodları 2015-ci ildə ekranlara çıxacaq. Məlumatda o da qeyd olunur ki, layihənin ssenari müəllifi Bo Uillimon bundan sonra siyasi dramın üzərində çalışmayacaq. “Beş il və dörd mövsümdən sonra mən özümü başqa bir yöndə sınamaq istəyirəm. Layihənin belə yüksək səviyyədə alındığına görə çox sevinirəm və düşünürəm ki, serial istedadlı komandanın sayəsində davam edəcək”. Artıq Kevin Speysi “Kart ev”in davamında çəkiləcəyini təsdiqləyib. Dördüncü mövsümün premyerası martın 4-də baş tutacaq.

Qeyd edək ki, siyası dram janrında çəkilən “Kart ev”serialında hadisələr aktyor Kevin Speysinin qəhrəmanı - amerikalı siyasi xadim Frenk Andervudun ətrafında cərəyan edir.

Cia.az