Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib.
CİA.az nazirliyin saytına istinadən xəbər verir ki, nazir Heydər Əliyevin xatirəsini yad edib və abidəsi önünə əklil qoyub.
