|
"Qarabağ" AZAL-a uduzdu

Topaz Premyer Liqasında 19-cu turun oyunları davam edir.

Günün digər qarşılaşması "AZAL Arena"da keçirilib.

Burada AZAL son Azərbaycan çempionu "Qarabağ"ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdən qalib ayrılmaqla liderliyini bir qədər də möhkəmləndirə bilərdi. Ancaq Qurban Qurbanovun komandası gözlənilmədən rəqibinə uduzub – 0:1.

31 yanvar

Topaz Premyer Liqası, 19-cu tur

15:00. AZAL – “Qarabağ” - 1:0 
Qol:
 Nuqzar Kvirtia, 78
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AZAL Arena,

Cia.az