Barselonada Kataloniyanın İspaniyadan ayrılmasına qarşı çıxış edən partiyaların mitinqi keçirilib.
Musavat.com xəbər verir ki, bu məlumatı Associated Press agentliyi yayıb.
Məlumatda bildirilir ki, Barselonadakı “Müqəddəs İakova” meydanına minlərlə insan toplanıb.
Kataloniya parlamenti noyabrın 9-u 2015-ci ildə qəbul etdiyi qərarla müstəqillik prosesinə start verdiklərini bildiriblər. İspaniya hökuməti isə cavab olaraq bu qərarın qanunsuzluğu barədə ölkənin Konstitusiya məhkəməsinə müraciət edib.
Cia.az
