|
Neftçilərə təlim keçirilir -

2015-ci ilin dekabr ayının 4-də SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən qəzadan sonra neftçilər təlimlərə cəlb olunur.

Cia.az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a təlimlərdə iştirak edən neftçilər verib. SOCAR-ın Xəzərdəki platformada çalışan neftçiləri növbələrlə təlimlərə cəlb olunur.

Təlimlər Qaradağ rayonunda, SOCAR-ın təsis etdiyi "BOS Shelf" MMC neft şirkətində keçirilir.

Xatırladaq ki, “Günəşli” yatağında baş verən dəhşətli qəzada 15 neftçi dünyasını dəyişib, 18 neftçi isə itkin düşüb.

Cia.az