Bu gün Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçiriləcək.
AzNews.az xəbər verir ki, bu mərasim Alfred Nobelin (1896-cı ildə) vəfat etməsi münasibətilə məhz bu gün baş tutur.
İsveç kralı ХVI Qustav Stokholm şəhərinin Filarmoniyasında 11 namizədə diplom və qızıl medal verəcək.
Bu il Nobel Sülh mükafatını pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai və hindistanlı fəal Kaylaş Satyartxi alacaq.
1901-ci ildən başlayaraq bu günədək Nobel mükafarını 860 nəfər və 22 təşkilat alıb.
Ən yaşlı namizəd kimi yapon fiziki İsamu Akasaki (85 yaş) və ən gənc namizəd kimi isə Yusufzai (17 yaş) Nobel mükafatının tarixinə düşüb.
Ədəbiyyat üzrə Nobel mükafatına bu il fransız Patrik Modiano layiq görülüb
Nobel Akademiyası fransız yazıçısını "işğal altında həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələri məharətlə təsvir etdiyinə görə" mükafata layiq görüb.
Yazıçıya veriləcək pul mükafatı 8 milyon isveç kronu (£691,000) məbləğindədir.
69 yaşlı Modiano əsərlərinin çoxunu II Dünya Müharibəsi mövzusu və 1940-cı illər dövrünə həsr edib.
Patrik Modiano ilk romanını 1968-ci ildə dərc etdirib. Onun "İtmiş şəxs" adlı romanı 1978-ci ildə Fransada ədəbiyyat mükafatına layiq görülüb.
Avstriyada yazıçı əsərlərinə görə 2012-ci ilin Avropa Ədəbiyyatı üzrə dövlət mükafatının qalibi elan edilib. Parisdə yaşayan Modiano nadir hallarda müsahibə verir.
1901-ildən 2014-cu ilədək Ədəbiyyat üzrə Nobel mükafatına ümumilikdə 111 yazıçı layiq görülüb.
Ötən il Nobel mükafatının qalibi Kanadalı yazıçı Alice Munro olub.
