Avropa Birliyi bir ay ərzində öz miqrasiya siyasətini dəyişməlidir.
Bu sözləri Çexiyanın Daxili İşlər naziri Milan Hovanets deyib.
Nazirin sözlərinə görə, leqal qaçqınların 3 milyona yaxın ailə üzvləri yaxın gələcəkdə Avropa Birliyi ölkələrinə daxil olacaq:
“Əgər bir ay ərzində miqrasiya siyasətinə yenidən baxılmasa, Avropanı ikinci böyük qaçqın böhranı gözləyir”.
Cia.az
