|
Bu dəfə Rusiya Türkiyənin hava məkanını pozdu

Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub.

Bu barədə Türkiyə XİN-nin məlumatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb. 
“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, - deyə Türkiyə XİN-in məlumatında bildirilir. 
Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.

Cia.az