Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə 1945-ci ildə ABŞ tərəfindən atılmış atom bombasının dəhşətlərini göstərən sərginin açılması nəzərdə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Sərginin "G-8"-in keçiriləcəyi Sime şəhərinin yaxınlığında təşkil olunacağı gözlənilir.
Sammitdə ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İtaliyanın, Almaniyanın və Yaponiyanın dövlət başçıları iştirak edəcəklər.
Sammit iştirakçılarının da sərgiyə dəvət olunacağı gözlənilir.
Cia.az
