|
Poroşenko: "Donbasda 2269 döyüşçümüz həlak olub"
“Donbasda Ukraynanı müdafiə edərkən 2269 döyüşçümüz həlak olub”.
Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Krut qəhrəmanlarının xatirə günü ilə əlaqədar hərbi liseylərin kursantları qarşısında çıxışı zamanı deyib. O bildirib ki, həlak olanların arasında yetkinlik yaşına çatmayan 18 döyüşçü 18-25 yaşlarında olan 650 gənc də var.
Qeyd edək ki, Krut döyüşü 1918-ci il yanvarın 29-da, müstəqil Ukrayna Xalq Respublikasının dövründə, ukraynalı hərbi lisey tələbələri ilə bölşeviklərin üstün qüvvələri arasında Krut dəmir yolu stansiyası yaxınlığında baş verib. Qeyri-bərabər döyüşdə tələbələrin əksəriyyəti həlak olub. Lakin onlar bolşeviklərin Kiyevə hücumunu öz canları bahasına ləngidə biliblər.
Cia.az