Yanvarın 28-dən Nizami Kino Mərkəzində 3D formatında “KunqFu Panda” animasiya filminin, “Kocan kadar konuş: diriliş” və “13 saat” bədii filmlərinin nümayişi başlanıb.
Kino Mərkəzin mətbuat xidmətindən bildirilib ki, Çin və Amerika istehsalı olan “KunqFu Panda” cizgi filmini rejissorlar Alessandro Karloni və Cenifer Yu 3D formatında ailəvi komediya, döyüş və macəra janrında çəkiblər.
Filmdə rolları Cek Blek, Ancelina Coli, Dastin Hoffman, Ceki Çan, Set Roqen, Lyusi Lyu, Devid Kross, Ceyms Honq, Brayan Krenston, Keyt Hadson və başqa aktyorlar canlandırıb.
Rejissor Maykl Beyin Çak Hoqanın ssenarisi əsasında çəkdiyi “13 Saat: Benqazinin sirli əsgərləri” filmi triller, hərbi dram və döyüş janrındadır.
Rolları Con Krasinski, Ceyms Bec Deyl, Pablo Şrayber, Devid Denman, Dominik Fumusa, Maks Martini, Aleksiya Balyer, Devid Kostabayl, Peyman Moaadi, Mett Letçer və digər aktyorlar ifa ediblər.
AF Media şirkətinin təqdim etdiyi “Kocan kadar konuş: diriliş” komediyasının rejissoru və ssenari müəllifi Kıvanç Baruönüdür.
Filmdə baş rolları Ezgi Mola və Murat Yıldırım oynayıb.
Cia.az
