Dövlət Pantomima Teatrı bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, yanvarın 31-də teatrın səhnəsində “Fəlakət və insan” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir. Tamaşa uşaqlara təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.
Qeyd edək ki, 6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin xronometrajı 45 dəqiqədir.
Cia.az
