Türkiyənin cənubunda artıq uzun müddətdir ki, PKK ilə türk ordusu arasında əsl müharibə gedir. Diyarbəkirin Sur rayonunda terrorçular tərəfindən törədilən partlayışda yaralanan 6 türk əsgərindən 5-ü ölüb.
Əsgərlərin yollarda olan minaları zərərsizləşdirməyə çalışan zaman terrorçuların pusqusuna düşdüyü bildirilir.
ANS TV-nin “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Sur rayonunda təhlükəsizlik qüvvələrilə terrorçular arasında toqquşmalar şiddətlənib. Türkiyənin cənubunda yerləşən Sur rayonu Diyarbəkirin əsas mərkəzi yaşayış məntəqlərindən birdir. Əhalisinin əksəriyyəti kürdlər olan şəhər iki aydır PKK ilə Türk Silahlı Qüvvələri arasında davam edən döyüşlər nəticəsində əsl müharibə meydanına çevrilib. PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyaları nəticəsində şəhərin mərkəzi hissəsindəki yaşayış evləri dağıdılıb, məscidlər, avtomobillər yandırılıb. Dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün artıq 58 gündür ki, rayonun mərkəzi hissəsində fövqəladə vəziyyət hökm sürürür.
Rayon sakinlərinə çölə çıxmaq qadağası qoyulub. Rayonun hələki fövqəladə vəziyyət elan olunmayan kənar hissələrində isə köç başlayıb. Artıq rayon əhalisinin yarıdan çoxu təxminən 60 min nəfər Suru tərk edib. Aparılan əməliyyatlardan və tətbiq olunan komendant saatından narazı olan şəhər sakinləri etiraz aksiyası keçiriblər. Aksiya bibər qazı və su şırnaqları ilə dağdılıb.
Cia.az
