ABŞ-ın ən məşhur teleaparıcısı və komik aktyor olan Cerri Sinfildin şousunun növbəti qonağı ölkə prezidenti Barak Obama olub.
Milli.az ABC-yə istinadən bildirir ki, “Comedians in Cars Getting Coffee” şousuna qatılan Barak Obama teleaparıcını Ağ Evdə qəbul edib. 1963-cü ilin istehsalı olan Corvette-də Ağ Evə yollanan komik Barak Obamanın iş otağına girib, divana yayxanaraq oturub və “Barak, tələsmə, işini gör”, - deyib.
Cia.az
