|
​Latviyada danışılmış oyunlara görə cəza tətbiq olunub
Latviyanın Cinayət Məcəlləsinə idman yarışlarının nəticələrini manipulyasiya etməyə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan düzəlişlər edilib.
"Report" xəbər verir ki, ölkə parlamenti 28 yanvar 2016-cı il tarixində idman haqqında qanuna, həmçinin ölkənin Cinayət Məcəlləsinə düzəlişləri təsdiq edib. Seymin mətbuat xidmətinin məlumatına görə, indi danışılmış oyun təşkilatçıları üçün 1 il müddətinədək həbs cəzası nəzərdə tutulur.
 
Düzəlişlər 1 mart 2016-ci il tarixindən qüvvəyə minəcək.
Cia.az