Dünyanın ən böyük banklarından biri “Barclays”a qarşı məhkəmə işi açılıb.
Hüquqi prosesi başladan şəxs bankın büdcəsinə xaricdən yatırım cəlb edən Amanda Steyvlidir. Steyvli sahibi olduğu PCP Kapital Partners şirkətinə 700 milyon funt-sterlinq (1 milyard 598 milyon AZN) zərər dəydiyini açıqlayıb. Lakin o, zərərin dəqiq nə ilə bağlı olduğunu deməyib.
PCP Kapital Partners 2008-ci ildə “Barclays” bankına 3.5 milyard dollar həcmində maliyyə vəsaiti cəlb edib. Həmin maliyyə vəsaiti Birləşmiş Ərəb Əmirliklərinin hazırkı baş nazir müavini Mənsur bin Zeyd əl-Nəhayyana məxsusdur. Bank bu yatırımdan 5.3 milyard dollar gəlir götürüb.
Bank rəhbərliyi Mənsur bin Zeyd əl-Nəhayyan ilə razılığa gəlmək üçün qətərli investorların da dəstəyini qazanmaq məcburiyyətində qalıb. Qurum investorları yola gətirmək üçün onlara gizli olaraq 322 milyon funt-sterlinq (735 milyon AZN) ödəyib. Böyük Britaniyanın maliyyə nizamlaması və nəzarəti idarəsi banka qarşı bu cür ittihamlar səsləndirib.
Cia.az
