“Femen” hərəkatının fəalları bu gün Parisdə növbəti aksiyalarını keçirib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki etiraz İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri ilə bağlı olub.
Hərəkat fəalları Eyfel qülləsi yaxınlığındakı körpünün üzərindən “Xoş gəlmisən, Ruhani, azadlığın cəlladı” yazılmış plakat asıblar. Bundan başqa, “Femen” qadınlar körpüdən iplə asılmış kukla ilə İrandakı edamlara diqqət çəkmək istəyiblər.


Cia.az
