|
Ər-arvad dəm qazından öldü -

Bakıda bir gecədə 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, hadisə yanvarın 27-də Səbail və Sabunçu rayonlarında baş verib.

Səbail rayonu ərazisində yaşayan İradə Hacıyeva və Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Ağamövsüm Məmmədov, arvadı Sevil dəm qazından zəhərlənərək ölüblər.

Araşdırma aparılır.

Cia.az