İngiltərədə uşaqlar üzərində akademik araşdırmalar aparan “ChildVise” şirkəti belə nəticəyə gəlib ki, çocuqlar internetdə televiziya qarşısından daha çox zaman keçirir.
Araşdırmalara görə, uşaqlar internetdə təxminən 3 saat, televiziya qarşısında isə 2,1 saat vaxt keçirir. 5-15 yaşlı uşaqların gündəlik həyatları haqqında araşdırma aparan mütəxəssislər uşaqların yarım saatdan çox kitab oxumağa vaxt ayırmadığını deyib. Araşdırmaçılar uşaqların kitab oxumağa olan həvəslərinin getdikcə azaldığını deyiblər. Uşaqlar 2012-ci ildə təxminən bir saat kitab oxumağa vaxt ayırdığı halda, hazırda bu müddət yarı-yarıya azalıb.
Cia.az
