|
Türkiyədə 2 jurnalistə ən ağır cəza verilə bilər
Türkiyədə tanınmış 2 jurnalistə terror və casusluq maddəsi ilə ömürlük həbs cəzası verilə bilər. 
Türkiyə prokurorluğu Ankaranın Suriyada üsyançılara silah göndərməsi ilə bağlı iddialar yaydığına və dövlət sirrinin məxfiliyini pozduğuna görə Cumhuriyyət qəzetinin baş direktoru Can Dundar, qəzetin Ankaradakı təmsilçisi Erdəm Gülə ən ağır cəzanın verilməsini tələb edir. 
 
Müttəhimlər həmçinin Gülən hərəkatı ilə gizli əlbir olmaqda təqsirləndirilir. İttihama görə, onlar hərəkatın sifarişi ilə hökümətin guya terrorçu qruplaşmalara yardım etməsi ilə bağlı iddialar yaymaqla AKP hökümətinin nüfuzunu ləkələməyə və hakimiyyətin təməllərini sarsıdmağa çalışıb. 
 
Azad media müdafiə fəalları ötən gün İstanbulun şəhər kənarında jurnalistlərin saxlanıldığı Silivri cəzaçəkmə müəssisəsinin qarşısına toplaşaraq, onların sərbəst buraxılmasını tələb edib. Etirazçılar pentensiar xidmətin jurnalistlərlə görüşə icazə verməməsindən şikayətlənib. 
 
Human Rayts Uoç təşkilatı da Cumhuriyyət qəzetinin 2 jurnalistinin həbsini pisləyib.
Cia.az