|
"İnter"in oyunçusu Çində

İtaliyanın "İnter" klubunun futbolçusu Fredi Quarin "Şanxay Şenxua"ya transfer olub.

Tibbi müayinədən keçən kolumbiyalı oyunçu ilə müqavilə imzalanıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, F.Quarin bu mövsüm oynadığı 16 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.

Cia.az