|
Əməkdar artist Türkiyəyə getdi
Əməkdar artist Kübra Əliyeva bir neçə aylıq Bakını tərk edib. 
Aktrisa bu haqda milli.az-a daışıb: 
"Yeni ildən əvvəl bir neçə aylıq Türkiyəyə, qızımın yanına gəldim. Burada havalar çox gözəl keçir, demək olar ki, bütün günü açıq havada gəzirəm. Bunu Bakıda edə bilmirəm, çünki hava çox soyuqdur. Keçən həftə Örənə getmişdim. Örən Bodrumun ən gözəl kəndlərindən biridir, əsl cənnətdir. Aprelin 28-də Bakıya dönüş biletim artıq hazırdır. Həkimlərlə də əlaqə saxlayıb, müayinədən keçirəm. Buradakı həkimlər də mənə çox diqqət göstərirlər. Mənim xəstəliyimin artıq 5 ili tamam oldu. Allah heç kimə bu ağır xəstəliyi göstərməsin. Hələ ki, hər şey qaydasında gedir. Yenə də Allah bilən məsləhətdir".
 Cia.az