|
Sneyder "Qalatasaray"dan ayrılır?
Guide Albers meneceri olduğu Uesli Sneyderin "Qalatasaray"dan ayrılacağı iddialarına münasibət bildirib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki,UEFA "Cim-Bom"a avrokuboklardan kənarlaşdırması ilə bağlı cəza versə belə hollandiyalı yarımmüdafiəçi İstanbul klubunda qalacaq.
G.Albers  heç bir Çin klubundan təklif almadıqlarını da vurğulayıb: "Klub rəhbərliyi ilə görüşmüşük. Çindən Sneyderə təklif göndərilməyib. O cümlədən, UEFA "Qalatasaray"la bağlı verəcəyi qərar Sneyderin klubdakı taleyini dəyişdirməyəcək".
 
Qeyd edək ki,  bu mövsüm maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün  "Qaıatasaray"ın UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.
Cia.az