|
Prezident Anarın oğluna yeni vəifə verdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Küveytdəki səfirliyinə yeni təyinatla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

***

Prezidentin digər sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Yeni təyinat alan Tural Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin (Yazıçı Anar) oğludur. O, daha öncə ölkəmizin Küveytdəki səfiri kimi fəaliyyət göstərib. 

Cia.az