Yeni il ərəfəsində Binəqədi və Qaradağ Rayon Polis İdarələrinin yeni inzibati binası istifadəyə veriləcək.
Axar.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda idarə əməkdaşları yeni inzibati binalara köçürüləcək. Qeyd edək ki, Binəqədi RPİ-nin yeni inzibati binası “Dərnəgül” metro-stansiyasının yaxınlığında, Qaradağ RPİ-nin binası isə Lökbatan qəsəbəsinin girişində yerləşir.
