|
Bir gün ərzində 4 nəfər yol qəzalarında həlak olub

Dünən ölkədə qarlı hava şəraiti çoxlu yol qəzalarına səbəb olub.

Cia.az saytı Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yanvarın 25-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, yanvarın 24-dən Azərbaycanda qarlı hava şəraiti davam edir.

Cia.az