|
Hollivud ulduzu Bakıda restoran açacaq
Hollivud ulduzu Robert De Niro Bakıda restoran açacaq. 
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, aktyor bu haqda müsahibələrindən birində deyib. O, Bakı haqqında çox eşitdiyini və burada olmağı planlaşdırdığını bildirib:
“Bakıda heç vaxt olmamışam. Amma oranın necə gözəl yer olduğunu eşitmişəm. Yaxın günlərdə Bakıya səfər edəcəm".
De Niro Qətərə uçarkən Bakıdan keçdiyini və bura haqqında məlumatlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Robert De Niro yapon aşpaz Nobu Matsuxisa ilə birgə Moskvada yerləşən və azərbaycanlı milyarder Araz Ağalarova məxsus  "Crocus City Mall"da məşhur "Nobu" restoranını açıb.
Cia.az