|
Obamaya 40 kiloluq paxlava aldı
Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden ölkələrinə geri qayıdıblar. 
Cütlük səfərdən ölkələrinə əliboş qayıtmayıb.  Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərkən onun həyat yoldaşı Cill Bayden, nəvəsi Naomi Bayden, ABŞ-ın Türkiyədəki səfirinin həyat yoldaşı Holli Holser Bass və ABŞ-ın İstanbuldakı konsulluğunun kordinatoru Selda Şerifsoy Çakır İstanbulda gəzintiyə çıxıblar. Qrup İstanbulun Karaköy səmtindəki məşhur şirniyyat brendlərindən birinin mağazasında da olub. Beş dəqiqə planlaşdırılan gəzinti 1 saatdan çox davam edib. Mağazada bütün şirniyyatların dadına tək-tək baxan xanım Bayden Ağ Evə aparmaq üçün dadını daha çox bəyəndiyi fıstıqlı paxlavadan 40 kiloqram alıb.
Cia.az