|
İtaliyanın sahil mühafizə qüvvələri 1200 miqrantı xilas edib

İtaliyanın Sahil Mühafizə Qüvvələri ötən gün Liviya sahillərində rezin və taxta qayıqlarda köməksiz vəziyyətdə  qalmış 1271 miqrantın xilas olunması üzrə əməliyyat keçirib.   

APA-nın “Röters”ə istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı İtaliyanın Hərbi-Dəniz və  sahil mühafizə qüvvələrinin gəmiləri, həmçinin Sloveniyaya məxsus hərbi gəmi  tərəfindən keçirilib.   Son məlumata görə, ötən ilin  10 ayı ərzində Aİ-yə 1,2 mln miqrant gəlib. 
Cia.az