|
Türkiyə kuboku: "Qalatasaray" qrupu lider başa vurdu

Türkiyə kubokunda qrup mərhələsinin son turuna start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə E, F və G qruplarında oyunlar baş tutub.

"Qalatasaray" evdə "Kastamonuspor"a 4:1 hesabı ilə qalib gələrək qrupu lider tamamlayıb.

G qrupunda "Kayserispor" səfərdə "inegölspor"a 2:0, "Konyaspor" isə evdə Etimesgut"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrup mərhələsində son turun qalan oyunları bu gün və sabah keçiriləcək.

 

26 yanvar

Türkiyə kuboku, VI tur


E qrupu

"Qalatasaray" - "Kastamonuspor" - 4:1
Qollar:
 Gümüş, 10 (1:0), 41 (2:0), 45 (3:0), Karacan, 55 (4:0), Özçelik, 72 (4:1)

 

F qrupu

"Nazillispor" - "Adanaspor" - 1:2
Qollar:
 Sak, 77 (0:1), Zeybek, 85-pen (1:1), Keles, 90 (1:2)

 

G qrupu

"İnegölspor" - "Kayserispor" - 0:2
Qollar:
 Bakış, 34 (0:1), Lopes, 38 (0:2)

"Konyaspor" - "Etimesgut" - 2:1

Cia.az