43 yaşlı amerikalı aktrisa Sofiya Verqara bir kosmetika firmasını məhkəməyə verib.
Milli.az Türkiyənin “Vətən” qəzetinə istinadən xəbər verir ki, Verqara reklamında ondan icazəsiz olaraq fotosunu istifadə edən firmadan 15 milyon dollarlıq təzminat tələb edib. O, özünü “aldadılmış və fanatlarını aldatmış kimi” hiss etdiyini bildirib.
Qeyd edək ki, aktrisa ötən il həmkarı Co Mancaniello ilə ailə qurub. Aktrisanın birinci evliliyindən 22 yaşlı oğlu var.
Cia.az
