Rusiya prezidenti Vladimir Putin Şimali Qafqaz Federal Universitetində tələbələrin suallarını cavablayıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin söhbət zamanı Rusiyanın Suriyanın daxili işlərinə qarışmayacağını vurğulayıb.
Putin suriyalı bir tələbənin sualına cavab olaraq, "Bizim məqsədimiz sizin xalqınıza kömək etmək, sizin qanuni hökumətinizə terrorla mübarizədə yardım etməkdən ibarətdir" deyib.
Rusiya liderinin bu sözlərindən sonra suriyalı tələbə Putinə ona Rusiyada təhsil şəraiti yaratdığı üçün təşəkkürünü bildirib.
Cia.az
