|
Alim Qasımovdan gənc ifaçılara irad
Xalq artisti Alim Qasımovla qızı, əməkdar artist Fərqanə Qasımova "ATV maqazin onlarla" kamerası qarşısına keçib. 
Muğam ifaçısının Zakir Əliyevin səsini bəyənməsi və onun yaxşı oxumasını deməsi, qızının xoşuna gəlməyib.
A.Qasımov gənc ifaçılardan danışıb:

"Mənim dinləməyimlə onlarınki bir deyil. Hər yaradan sənətkar olmur. Onu bəyənmirəm, yaxşı olacaq deyirəm. Gənc ifaçılarda ilham, eşq yoxdur. Biri var musiqini göstərmək. İndikilər göstərir. Biri də var ki, sənəti yaşatmaq. Bizdə indi yaşadan yoxdur. Hamısı görkəmə önəm verir. Səmimiyyət azalıb, şou çoxalıb. Dağa çıxıb, zirvəni tutan görmürəm. Ərkim çatana deyirəm ki, "Sənət sənin üçün deyil". Eləsi də var ki, özü üçün oxuyub, yaşayır. Beləsinə söz deməyə də adam utanır".

 Cia.az