|
Avrozonada inflyasiya həddi aşağıdır
Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi bankın siyasətinə qarşı səsləndirilən tənqidlərə cavab verib.
 
Tənqidçilər avrozonada inflyasiya həddinin gözləniləndən daha aşağı olduğunu bildirsələr də, Mario Draqi bankın yürütdüyü maliyyə siyasəti nəticəsində faizlərin artacağını qeyd edib.
 
Avrozonada inflyasiya həddi 0.2 faiz təşkil edir. Bu il üçün hədəf 2 faiz təşkil edirdi.
 
“Həfələrimizə çatmaq üçün bizə olan etibarın sarsılmaz olması vacibdir. Avropa Mərkəzi Bankı qarşısına müəyyən hədəf qoyub. Bu hədəfə çata bilmiriksə, bu, o demək deyil ki, onu dəyişmək lazımdır”. Draqi belə deyib.
 
Avropa Mərkəzi Bankının mart ayında keçiriləcək iclasında maliyyə siyasətini yenidən nəzərdən keçirəcək.
Cia.az