İngiltərədə lotodan 33 milyon sterlinq qazanan iki biletdən birinin sahibinin bileti şalvarının cibində unudub paltaryuyan maşında yuduğu iddia edilib.
İngiltərə mediası adının açıqlanmasını istəmədiyi orta yaşlı qadının lotodan 33 milyon sterlinq qazandığı bileti zərər görmüş halda aldığı yerə aparıb, daha sonra da lotereyanı satan şirkətə göndərib. “Times” qəzetinin xəbərinə görə, qadın bileti şalvarının cibində tapdığı zaman üzərindəki nömrələrin qazanan nömrələr olduğunu öyrəndiyi zaman şoka düşüb. Bilet üzərindəki qazanan nömrələr və 2016-cı il tarixi rahat şəkildə görünür. Lakin biletin hansı gündə və ayda alındığı bəlli deyil. Qadının bilet aldığı yer lotonun oradan alındığını da təsdiqləyib. Qadın bileti aldığı gün haqqında faktlar toplayarsa, pulunu ala biləcək. Əgər pulun başqa sahibi ortaya çıxmazsa, 33 milyon sterlinq xeyriyyə quruluşlarına bağışlanacaq.
Cia.az
